Muxtəsər təfsir
فَإِذَا ٱنسَلَخَ ٱلْأَشْهُرُ ٱلْحُرُمُ فَٱقْتُلُوا۟ ٱلْمُشْرِكِينَ حَيْثُ وَجَدتُّمُوهُمْ وَخُذُوهُمْ وَٱحْصُرُوهُمْ وَٱقْعُدُوا۟ لَهُمْ كُلَّ مَرْصَدٍ ۚ فَإِن تَابُوا۟ وَأَقَامُوا۟ ٱلصَّلَوٰةَ وَءَاتَوُا۟ ٱلزَّكَوٰةَ فَخَلُّوا۟ سَبِيلَهُمْ ۚ إِنَّ ٱللَّهَ غَفُورٌ رَّحِيمٌ ﴿٥﴾
Müşriklərə fürsət verdiyiniz haram aylar bitdikdə, onlara harada rast gəlsəniz, onları öldürün, yaşadıqları yeri mühasirəyə alın və onlara hər yerdə pusqu qurun. Əgər onlar Allaha şərik qoşmaqdan Allaha tövbə etsələr, namaz qılıb mallarının zəkatını versələr, onda sizin din qardaşlarınız sayılacaq. Odur ki, onları sərbəst buraxın. Çünki Allah Ona tövbə edən qullarını bağışlayandır, onlara qarşı rəhmlidir.