Muxtəsər təfsir
إِلَّا ٱلَّذِينَ عَـٰهَدتُّم مِّنَ ٱلْمُشْرِكِينَ ثُمَّ لَمْ يَنقُصُوكُمْ شَيْـًٔا وَلَمْ يُظَـٰهِرُوا۟ عَلَيْكُمْ أَحَدًا فَأَتِمُّوٓا۟ إِلَيْهِمْ عَهْدَهُمْ إِلَىٰ مُدَّتِهِمْ ۚ إِنَّ ٱللَّهَ يُحِبُّ ٱلْمُتَّقِينَ ﴿٤﴾
Saziş bağladıqdan sonra əhdlərinə vəfalı olub, onu pozmayan müşriklər əvvəldə qeyd edilən hökmdən müstəsnadırlar. Onlarla olan əhdlərinizə, müddəti sona çatanadək vəfalı olun. Həqiqətən, Allah, əhdlərinə vəfalı olaraq Onun əmrlərinə tabe olan və özünü xəyanətdə qoruyaraq Allahın qadağan etdiyi şeylərdən uzaq duran müttəqiləri sevər.