×

التوبة

Ayə 3

Muxtəsər təfsir

وَأَذَٰنٌ مِّنَ ٱللَّهِ وَرَسُولِهِۦٓ إِلَى ٱلنَّاسِ يَوْمَ ٱلْحَجِّ ٱلْأَكْبَرِ أَنَّ ٱللَّهَ بَرِىٓءٌ مِّنَ ٱلْمُشْرِكِينَ ۙ وَرَسُولُهُۥ ۚ فَإِن تُبْتُمْ فَهُوَ خَيْرٌ لَّكُمْ ۖ وَإِن تَوَلَّيْتُمْ فَٱعْلَمُوٓا۟ أَنَّكُمْ غَيْرُ مُعْجِزِى ٱللَّهِ ۗ وَبَشِّرِ ٱلَّذِينَ كَفَرُوا۟ بِعَذَابٍ أَلِيمٍ ﴿٣﴾

Bu, Allah və Onun Rəsulu tə­rəfin­dən qurban bayramı günü bütün in­san­lara Alla­­hın və həmçinin Onun El­çi­si­nin müşriklərdən uzaq ol­masını elan edəcək bir bil­diriş­dir. Ey müşriklər! Əgər Allaha şərik qoşmaqdan tövbə etsəniz, bu si­zin üçün daha xe­yirli olar. Yox əgər tövbə etməkdən üz döndərsə­niz, bu zaman Allah­­dan və Oun əzabından yaxa qurtara bil­mə­yəcəyinizə yəqin olun. Ey Peyğəmbər! Allaha küfür edən kimsələrə onları məyus edəcək xəbəri ver, Bu, onları ağrılı-acılı bir əzabın gözlədiyi xəbərindir.