Muxtəsər təfsir
وَإِنْ أَحَدٌ مِّنَ ٱلْمُشْرِكِينَ ٱسْتَجَارَكَ فَأَجِرْهُ حَتَّىٰ يَسْمَعَ كَلَـٰمَ ٱللَّهِ ثُمَّ أَبْلِغْهُ مَأْمَنَهُۥ ۚ ذَٰلِكَ بِأَنَّهُمْ قَوْمٌ لَّا يَعْلَمُونَ ﴿٦﴾
Ey Peyğəmbər! Əgər qanı və malı sizə halal olan müşriklərdən biri səndən onu himayə etməsini istəyərsə, onun Quranı dinləyənə qədər istədiyini yerinə yetir. Sonra onu özünün arxayın olduğu yerə çatdır. Çünki kafirlər bu dinin həqiqətlərini anlamayan bir qövmdür. Əgər Quranı dinlədikdən sonra bu dini anlasalar ola bilsin ki, bəlkə Allaha iman gətirsinlər.