Muxtəsər təfsir
وَمِنْهُم مَّن يَقُولُ ٱئْذَن لِّى وَلَا تَفْتِنِّىٓ ۚ أَلَا فِى ٱلْفِتْنَةِ سَقَطُوا۟ ۗ وَإِنَّ جَهَنَّمَ لَمُحِيطَةٌۢ بِٱلْكَـٰفِرِينَ ﴿٤٩﴾
Münafiqlərdən sənə: "Ey Allahın Rəsulu! Mənə döyüşə getməməyə izin ver, düşmən -Rum- qadınlarını görüb günaha batmamaq üçün məni cihada çıxmağa məcbur etmə!"– deyərək özlərinə cürbəcür bəhanələr gətirən kimsələrdə vardır. Doğrusu onlar, idda etdikləri günahdan daha da böyügünə batmışlar. Bu isə, nifaq və döyüşdən geridə qalmaq fitnəsidir. Şübhəsiz ki, qiyamət günü cəhənnəm kafirləri hər bir tərəfdən əhatə edəcəkdir. Bu zaman cəhənnəmin əzabından kimsə nə qaçıb canını qurtara, nə də ki, ondan qaçmağa bir yer tapa bilər.