×

التوبة

Ayə 50

Muxtəsər təfsir

إِن تُصِبْكَ حَسَنَةٌ تَسُؤْهُمْ ۖ وَإِن تُصِبْكَ مُصِيبَةٌ يَقُولُوا۟ قَدْ أَخَذْنَآ أَمْرَنَا مِن قَبْلُ وَيَتَوَلَّوا۟ وَّهُمْ فَرِحُونَ ﴿٥٠﴾

Ey Peyğəmbər! Əgər Allah sənə, qələbə və ya qənimət kimi səni sevindirən bir nemət bəxş etsə, bu onları kədərli, hüzünlü edər. Əgər sənə bir mü­sibət və ya məğlubiyyət kimi xoşagəlməz hal üz versə, bu zaman onlar: "Biz, möminlər döyüşə çıxıb, öldükdə yaxud əsir düşdükdə, onlardan geridə qalaraq öz eh­ti­yat təd­birimizi əvvəl­cədən gör­mü­şük!" – deyər və sonra da onlar sağ-salamat qaldıqları üçün sevinə-se­vinə öz evlərinə ge­dərlər.