Muxtəsər təfsir
لَقَدِ ٱبْتَغَوُا۟ ٱلْفِتْنَةَ مِن قَبْلُ وَقَلَّبُوا۟ لَكَ ٱلْأُمُورَ حَتَّىٰ جَآءَ ٱلْحَقُّ وَظَهَرَ أَمْرُ ٱللَّهِ وَهُمْ كَـٰرِهُونَ ﴿٤٨﴾
Ey Peyğəmbər! Allahın sənə yardımı gələnədək o, münafiqlər daima möminlər arasında fitnəkarlıq etməyə çalışmış, Təbuk döyüşündən əvvəllər də möminlərin parçalanmasına səy göstərmiş, səni cihad fikrindən daşındırmaq üçün hiylələr quraraq səni həqiqətdən yayındırmağa çalışmışlar. Axır ki, Allah, münafiqlər istəmədikləri halda dinini izzətləndirdi, düşmənləri məğlub etdi. Çünki onlar batilin haqq üzərində qələbə çalmasını arzu edirdilər.