×

التوبة

Ayə 47

Muxtəsər təfsir

لَوْ خَرَجُوا۟ فِيكُم مَّا زَادُوكُمْ إِلَّا خَبَالًا وَلَأَوْضَعُوا۟ خِلَـٰلَكُمْ يَبْغُونَكُمُ ٱلْفِتْنَةَ وَفِيكُمْ سَمَّـٰعُونَ لَهُمْ ۗ وَٱللَّهُ عَلِيمٌۢ بِٱلظَّـٰلِمِينَ ﴿٤٧﴾

Münafiqlərin sizinlə birgə döyüşə çıxmamaları sizin üçün daha xeyirlidir. Əgər onlar sizinlə birgə döyüşə çıxsaydılar, qəlbinizə şək-şübhə salar və işi­niz­də qa­rışıqlığı ar­tıraraq sizi fit­nəyə məruz qoyar, sizi parçalamaq üçün səfləriniz arasında söz gəzdirərək aranıza girərdilər. Ey möminlər! Bilin ki, içinizdə on­ların uydurduqları yalana qulaq asan, ona inanan, bunu insanlar arasında yayan və bu səbəbdən insanlar arasında ixtilaf yaradan kimsələrdə vardır. Allah möminlər arasında şək-şübhə yayan münafiqlərdən olan za­lım­ları tanıyandır!