Muxtəsər təfsir
أَوَمَن كَانَ مَيْتًا فَأَحْيَيْنَـٰهُ وَجَعَلْنَا لَهُۥ نُورًا يَمْشِى بِهِۦ فِى ٱلنَّاسِ كَمَن مَّثَلُهُۥ فِى ٱلظُّلُمَـٰتِ لَيْسَ بِخَارِجٍ مِّنْهَا ۚ كَذَٰلِكَ زُيِّنَ لِلْكَـٰفِرِينَ مَا كَانُوا۟ يَعْمَلُونَ ﴿١٢٢﴾
Məgər Allah onu doğru yola yönəltməzdən əvvəl küfr, cəhalət və günahlar içərisinidə ölü ikən imana, elmə və itaətə yönəldərək diriltdiyimiz şəxs zülmətlər, küfür, cəhalət və günahlar içində qalıb, yolunu azmış, qaranlıqlar onu hər təfəfdən bürüyüb oradan çıxa bilməyən kimsə ilə eyni səviyyədə ola bilərmi?! Müşriklərə Allaha şərik qoşmağı, ölmüş heyvan ətindən yeməyi, batilə görə mübahisə etməyi gözəlləşdirildiyimiz kimi kafirlərə də qiyamət günü ağrıdıcı əzab verməyimiz üçün onlara etdikləri günah əməlləri beləcə gözəlləşdirildi.