×

الأنعام

Ayə 121

Muxtəsər təfsir

وَلَا تَأْكُلُوا۟ مِمَّا لَمْ يُذْكَرِ ٱسْمُ ٱللَّهِ عَلَيْهِ وَإِنَّهُۥ لَفِسْقٌ ۗ وَإِنَّ ٱلشَّيَـٰطِينَ لَيُوحُونَ إِلَىٰٓ أَوْلِيَآئِهِمْ لِيُجَـٰدِلُوكُمْ ۖ وَإِنْ أَطَعْتُمُوهُمْ إِنَّكُمْ لَمُشْرِكُونَ ﴿١٢١﴾

Ey Müsəlmanlar! Üstündə Allahdan qeyrisinin adı çəkilib və ya çəkilməməsindən aslı olmayaraq, Allahın adı çə­ki­lməmiş – "bismilləh" deyi­lib kə­­sil­mə­miş heyvan­lar­ın ətindən ye­məyin. Çünki bu cür kəsilmiş heyvanın ətindən yemək, Allaha itaətdən çıxıb asiliyə meyl etməkdir. Hə­qi­qə­tən, şey­tan­lar öz dost­larının qəlbinə şübhə salaraq ölmüş heyvan ətindən yemək barədə si­zinlə mü­bahisə etmək üçün onlara vəsvəsə edir­lər. Ey Müsəlmanlar! Əgər onların ölmüş heyvanın halal olması barədə qəlbinizə şübhə saldıqları şeydə onlara itaət etsəniz, söz­süz ki, siz və onlar Allaha şərik qoşmaqda eyni səviyyədə olarsınız.