×

الأنعام

Ayə 123

Muxtəsər təfsir

وَكَذَٰلِكَ جَعَلْنَا فِى كُلِّ قَرْيَةٍ أَكَـٰبِرَ مُجْرِمِيهَا لِيَمْكُرُوا۟ فِيهَا ۖ وَمَا يَمْكُرُونَ إِلَّا بِأَنفُسِهِمْ وَمَا يَشْعُرُونَ ﴿١٢٣﴾

Məkkədə müşriklərin başçıları insanları Allah yolundan döndərdikləri kimi, biz, hər bir diyarda şeytanın yoluna dəvətdə, elçilərə və onlara tabe olanlarla müharibə aparmaqda hiyləgər və məkrli əməllərini əsirgəməyən başçlar təyin etdik. Həqiqətdə isə onların etdikləri hiylə və məkrli əməllər ancaq elə özlərinə qayıtdı. Lakin onlar cahillikləri üzündən və həmçinin nəfslərinə tabe olduqlarına görə bunu hiss etmirlər.