Muxtəsər təfsir
وَكَيْفَ يُحَكِّمُونَكَ وَعِندَهُمُ ٱلتَّوْرَىٰةُ فِيهَا حُكْمُ ٱللَّهِ ثُمَّ يَتَوَلَّوْنَ مِنۢ بَعْدِ ذَٰلِكَ ۚ وَمَآ أُو۟لَـٰٓئِكَ بِٱلْمُؤْمِنِينَ ﴿٤٣﴾
Həqiqətən, yəhudilərin işi çox qəribədir. Onlar səni inkar edirlər, amma içində Allahın hökmü olan və özlərinin də iman gətirdiklərini idda etdikləri Tövrat onlarda olduğu halda, sənin, onların nəfsi istəklərinə müvafiq hökm verməyinə tamah edərək, səndən onlar arasında hökm verməni istəyirlər. Sonra da sənin verdiyin hökm öz nəfsi istəklərinə müvafiq olmadıqda, ondan üz çevirirlər. Onların etdikləri bu əməl, iman gətirmiş kimsələrin etdiyi əməl deyildir. Elə isə onlar, nə sənə, nə də sənin gətirdiyinə iman etmiş kimsələrdir.