×

المائدة

Ayə 42

Muxtəsər təfsir

سَمَّـٰعُونَ لِلْكَذِبِ أَكَّـٰلُونَ لِلسُّحْتِ ۚ فَإِن جَآءُوكَ فَٱحْكُم بَيْنَهُمْ أَوْ أَعْرِضْ عَنْهُمْ ۖ وَإِن تُعْرِضْ عَنْهُمْ فَلَن يَضُرُّوكَ شَيْـًٔا ۖ وَإِنْ حَكَمْتَ فَٱحْكُم بَيْنَهُم بِٱلْقِسْطِ ۚ إِنَّ ٱللَّهَ يُحِبُّ ٱلْمُقْسِطِينَ ﴿٤٢﴾

Bu yəhudilər yalana həddən çox qu­laq asır və sələm kimi daima haram mal ye­yirlər. Ey Peyğəmbər! Əgər onlar səndən öz aralarında hökm verməni tələb etsələr, istəsən onlar arasında hökm ver, ya da istəsən on­lardan üz çevir. Sən bu iki iş arasında ixtiyar sahibisən. Əgər onlar arasında hökm verməsən, sə­nə heç bir şey­lə zə­rər verə biləməzlər. Əgər on­ların ara­sında hökm verməli ol­san, onlar zalım və ya düşmən də olsa, sən yenə də on­ların ara­sında ədalətlə hökm ver. Şübhə­siz ki, Allah, hökmündə, mühakimə olunanlar mühakimə edənlərin düşmənləri olsa, ədalətli olanları sevər.