Muxtəsər təfsir
إِنَّآ أَنزَلْنَا ٱلتَّوْرَىٰةَ فِيهَا هُدًى وَنُورٌ ۚ يَحْكُمُ بِهَا ٱلنَّبِيُّونَ ٱلَّذِينَ أَسْلَمُوا۟ لِلَّذِينَ هَادُوا۟ وَٱلرَّبَّـٰنِيُّونَ وَٱلْأَحْبَارُ بِمَا ٱسْتُحْفِظُوا۟ مِن كِتَـٰبِ ٱللَّهِ وَكَانُوا۟ عَلَيْهِ شُهَدَآءَ ۚ فَلَا تَخْشَوُا۟ ٱلنَّاسَ وَٱخْشَوْنِ وَلَا تَشْتَرُوا۟ بِـَٔايَـٰتِى ثَمَنًا قَلِيلًا ۚ وَمَن لَّمْ يَحْكُم بِمَآ أَنزَلَ ٱللَّهُ فَأُو۟لَـٰٓئِكَ هُمُ ٱلْكَـٰفِرُونَ ﴿٤٤﴾
Həqiqətən, Tövratı Musaya - aleyhissəlam - Biz nazil etdik. Orada xeyirə yönəldən doğru yol və işıq saçan nur vardır. Allaha itaətlə boyun əyən İsrail oğullarının peyğəmbərləri və insanları, Allah, Öz kitabında qorunub saxladığı hökmlərlə tərbiyə edən din xadimləri və fəqihlər onunla hökm verərdilər. Allah onları kitaba təhrif və dəyişiklik etməkdən qorumaları üçün etibarlı insanlar etmişdir. Onlar bu kitabın haqq bir kitab olmasını şahiddirlər və insanlar da bu kitab barədə bilği almaq istədikdə onlara müraciət edirdilər. Ey Yəhudilər! İnsanlardan qorxmayın, tək Məndən qorxun! Allahın nazil etdiyi ilə hökmü verməyi başçılıq, şan-şöhrət və mal-dövlət kimi ucuz qiymətə dəyişməyin. Allahın nazil etdiyi vəhy ilə hökm verməməsini özünə halal görən yaxud başqa hökmləri Allahın hökmündən üstün, yaxud Allahın hökmünə bərabər tutaraq Allahın nazil etdiyi ilə hökm etməyənlər, kafirdirlər.