×

الكهف

Ayə 20

Muxtəsər təfsir

إِنَّهُمْ إِن يَظْهَرُوا۟ عَلَيْكُمْ يَرْجُمُوكُمْ أَوْ يُعِيدُوكُمْ فِى مِلَّتِهِمْ وَلَن تُفْلِحُوٓا۟ إِذًا أَبَدًا ﴿٢٠﴾

Əgər qövmünüz sizdən xəbər tutub, yerinizi bilsələr, bu zaman sizi ya daşqalaq edib öldürər, ya da Allahın sizi haqq dinə hidayət etməzdən əvvəl olduğunuz batil dinə geri dön­dərərlər. Əgər siz batil dinə geri dönsəniz, onda siz nə dünya həyatında, nə də axirətdə, heç vaxt nicat tapa bilməz­si­niz, əksinə, Allahın sizi hidayət etdiyi haqq dini tərk edib və batil bir dinə döndüyünüzə görə böyük bir ziyana uğramış olarsınız!