×

الكهف

Ayə 21

Muxtəsər təfsir

وَكَذَٰلِكَ أَعْثَرْنَا عَلَيْهِمْ لِيَعْلَمُوٓا۟ أَنَّ وَعْدَ ٱللَّهِ حَقٌّ وَأَنَّ ٱلسَّاعَةَ لَا رَيْبَ فِيهَآ إِذْ يَتَنَـٰزَعُونَ بَيْنَهُمْ أَمْرَهُمْ ۖ فَقَالُوا۟ ٱبْنُوا۟ عَلَيْهِم بُنْيَـٰنًا ۖ رَّبُّهُمْ أَعْلَمُ بِهِمْ ۚ قَالَ ٱلَّذِينَ غَلَبُوا۟ عَلَىٰٓ أَمْرِهِمْ لَنَتَّخِذَنَّ عَلَيْهِم مَّسْجِدًا ﴿٢١﴾

Beləliklə, Bizim, əshabi-kəhfi uzun illər yuxuya daldırmağımız, bu uzun ilərdən sonra onları yuxudan oyatmağımız, öz şəhərlərində yaşayanlara Allahın möminlərə yardım edəcək vədinin və öldükdən sonra yenidən dirilmənin həqi­qət oldu­ğunu və qiyamət saatının da mütləq qopacağını onlara bildirib xəbərdar etmək üçün qüdrətimizə dəlalət edən qəribə işlərimizdən biridir. Əshabi-kəhfin halı insanlara bəlli olduqdan sonra onlar bir müddət həyat sürüb, bunun ardından vəfat etdilər. Onların bu durumuna şahid olan kimsələr onlar üçün nə edəcəkləri darədə ixtilaf etdilər. Onlardan bəziləri: "Əshabi-kəhfi qorumaq və mühafizə etmək üçün mağaranın girəcəyinə bir divar hörün, Rəbbi onların halını daha yaxşı bi­lir, çünki onların uzun illər mağarada yatdıqdan sonra yuxudan oyanmalıarı onların Allah yanında yüksək məqama sahib olduqlarını göstərir!" – dedilər. Bu zaman öz qövmü arasında bəzi nüfuz sahibləri, lakin Allahın dinindən elmsiz olan və həmçinin doğru dəvət sahib olmayan kimsələr: "Əshabi-kəhfə hörmət əlaməti olaraq və onların uzun illər boyu yatdıqları yerlərinin bilinib xatırlanması üçün orada ibadət edilsin deyə on­ların üstündə bir mütləq bir məscid bina edəcəyik!" – dedilər.