×

الكهف

Ayə 19

Muxtəsər təfsir

وَكَذَٰلِكَ بَعَثْنَـٰهُمْ لِيَتَسَآءَلُوا۟ بَيْنَهُمْ ۚ قَالَ قَآئِلٌ مِّنْهُمْ كَمْ لَبِثْتُمْ ۖ قَالُوا۟ لَبِثْنَا يَوْمًا أَوْ بَعْضَ يَوْمٍ ۚ قَالُوا۟ رَبُّكُمْ أَعْلَمُ بِمَا لَبِثْتُمْ فَٱبْعَثُوٓا۟ أَحَدَكُم بِوَرِقِكُمْ هَـٰذِهِۦٓ إِلَى ٱلْمَدِينَةِ فَلْيَنظُرْ أَيُّهَآ أَزْكَىٰ طَعَامًا فَلْيَأْتِكُم بِرِزْقٍ مِّنْهُ وَلْيَتَلَطَّفْ وَلَا يُشْعِرَنَّ بِكُمْ أَحَدًا ﴿١٩﴾

Onlar haqqında sənə söylədiyimiz hər bir şey, Bizim heyrətamiz qüdrətimiz sayəsində baş verən işlərdəndir. Biz onları, uzun müddət yatdıqdan sonra mağarada nə qədər yuxuya daldıqlarını bir-birindən so­ru­şmaları üçün yuxudan oyatdıq. Onlardan bəziləri mağarada bir gün, yaxud günün bir hissəsi qədər yatdıqlarını dedi­lər. Mağarada yatdıqları müddəti dəqiq bilməyənlər isə: "Mağarada yatıb qaldığınız müddəti Rəbbiniz daha yaxşı bi­lir, bu işi Allaha həvalə edin və sizə aid olan işlə məşğul olun" – deyərək cavab verdilər. Sonra onlardan biri belə dedi: "İndi isə aranızdan bi­ri­ni, bu gümüş pulunuzla həmin şə­hə­rə göndərin. Qoy baxsın yemək satanların hansının yeməyi daha tə­­mizdirsə və hansının qazancı daha halaldırsa, ondan alıb sizə azuqə gə­tirsin. Şəhərə daxil olduqda, oradan çıxdıqda və şəhər sakinləri ilə əlaqə yaratdıqda qoy o, son dərəcə eh­ti­yat­lı ol­sun, ağıllı hərəkət etsin, sonu zərərlə qurtara biləcək hallardan uzaq dursun və heç kəsə sizin yerinizi öyrənməyə imkan verməsin!