Muxtəsər təfsir
وَلَوْ شَآءَ ٱللَّهُ لَجَعَلَكُمْ أُمَّةً وَٰحِدَةً وَلَـٰكِن يُضِلُّ مَن يَشَآءُ وَيَهْدِى مَن يَشَآءُ ۚ وَلَتُسْـَٔلُنَّ عَمَّا كُنتُمْ تَعْمَلُونَ ﴿٩٣﴾
Əgər Allah istəsəydi, sizi haqq üzərində birləşən, vahid bir ümmət edərdi. Lakin Uca Allah istədiyini, haqdan və verdiyi vədlərə vəfalı olmaqdan məhrum edərək, Öz ədaləti ilə azdırır və istədiyini də Öz lütfü ilə doğru yola müvəffəq edir. Siz Qiyamət günü dünyada ikən etdiyiniz əməllərə görə mütləq sorğu-sual olunacaqsınız.