Muxtəsər təfsir
وَلَا تَتَّخِذُوٓا۟ أَيْمَـٰنَكُمْ دَخَلًۢا بَيْنَكُمْ فَتَزِلَّ قَدَمٌۢ بَعْدَ ثُبُوتِهَا وَتَذُوقُوا۟ ٱلسُّوٓءَ بِمَا صَدَدتُّمْ عَن سَبِيلِ ٱللَّهِ ۖ وَلَكُمْ عَذَابٌ عَظِيمٌ ﴿٩٤﴾
Andlarınızı nəfsinizin istəyinə tabe olub, istədiyiniz zaman pozub, istədiyiniz zaman da ona vəfalı olaraq, öz aranızda bir-birinizə qarşı hiylə vasitəsinə çevirməyin. Əgər siz belə etsəniz, ayağınız doğru yolda möhkəm dayanmış ikən sürüşər, sonra həm özünüzü həm də ki, insanları Allah yolundan azdırdığınıza görə əzabı dadarsınız. Sizin üçün axirətdə də daha böyük bir əzab vardır.