Muxtəsər təfsir
وَلَا تَكُونُوا۟ كَٱلَّتِى نَقَضَتْ غَزْلَهَا مِنۢ بَعْدِ قُوَّةٍ أَنكَـٰثًا تَتَّخِذُونَ أَيْمَـٰنَكُمْ دَخَلًۢا بَيْنَكُمْ أَن تَكُونَ أُمَّةٌ هِىَ أَرْبَىٰ مِنْ أُمَّةٍ ۚ إِنَّمَا يَبْلُوكُمُ ٱللَّهُ بِهِۦ ۚ وَلَيُبَيِّنَنَّ لَكُمْ يَوْمَ ٱلْقِيَـٰمَةِ مَا كُنتُمْ فِيهِ تَخْتَلِفُونَ ﴿٩٢﴾
İpliyini, yununu möhkəm əyirdikdən sonra onu açıb sökərək, əvvəlki halına gətirməkdə yorulan axmaq bir qadın kimi, verdiyiniz əhdləri pozaraq yüngül ağıllı, səfeh kimsələr kimi olmayın. Bu qadın ipini, yununu əyirmək də və onu açıb sökmək də yorulub əldən düşsə də, sonda istədiyinə nail ola bilmədi. Camaatınızın, düşmən camaatından sayca və malca daha çox olması üçün andlarınızı aranızda hiylə vasitəsinə çevirirsiniz. Şübhəsiz ki, Allah bununla, verdiyiniz vədlərə vəfalı olmanız üçün sizləri sınağa çəkir. Görsün görək siz verdiyiniz vədlərə sadiq olacaqsınız, yoxsa onları pozacaqsınız? Allah qiyamət günü, dünyada ikən ixtilafda olduğunuz şeyləri açıqlayacaq, kimin haqqlı, kimin haqqsız, kimin sadıq və kimin də yalançı olduğunu bəyan edəcəkir.