Muxtəsər təfsir
إِنَّا نَحْنُ نَزَّلْنَا ٱلذِّكْرَ وَإِنَّا لَهُۥ لَحَـٰفِظُونَ ﴿٩﴾
Şübhəsiz ki, bu Quranı insanlara bir öyüd-nəsihət olaraq Muhəmmədin (sallallahu aleyhi və səlləm) qəlbinə Biz nazil etdik, əlbəttə, Biz də onu hər cür artırılıb-əskiltmədən, təbdildən və təhrifdən qoruyacağıq!"