Muxtəsər təfsir
مَا نُنَزِّلُ ٱلْمَلَـٰٓئِكَةَ إِلَّا بِٱلْحَقِّ وَمَا كَانُوٓا۟ إِذًا مُّنظَرِينَ ﴿٨﴾
Uca Allah, onların mələklərin gəlməsi haqqında irəli sürdükləri fikirlərinə cavab olaraq belə buyurdu: "Biz mələkləri ancaq əzabla həlak olma vaxtınız yetişdikdə, müəyyən hikmət üçün endiririk. Əgər Biz, mələkləri göndərsək və onlar bundan sonra da iman gətirməsələr, bu zaman kafirlərə möhlət verilməz. Əksinə, əzab onlara daha tez bir vaxta gələr!"