Muxtəsər təfsir
وَلَقَدْ أَرْسَلْنَا مِن قَبْلِكَ فِى شِيَعِ ٱلْأَوَّلِينَ ﴿١٠﴾
Ey Peyğəmbər! Biz səndən öncə də küfür edən əvvəlki millətlərə elçilər göndərmişdik, onlar da özlərinə göndərilən peyğəmbərləri yalançı hesab etdilər. Ümmətinin səni yalançı hesab etməsində heç də peyğəmbərlərin birincisi deyilsən.