Muxtəsər təfsir
لَقَدْ جَآءَكُمْ رَسُولٌ مِّنْ أَنفُسِكُمْ عَزِيزٌ عَلَيْهِ مَا عَنِتُّمْ حَرِيصٌ عَلَيْكُم بِٱلْمُؤْمِنِينَ رَءُوفٌ رَّحِيمٌ ﴿١٢٨﴾
Ey ərəblər! Artıq sizə özünüzdən, sizin kimi ərəb mənşəli bir elçi gəldi. Onun sizə olan sevgisindən sizin məşəqqətə düşməyiniz ona ağır gəlir. O sizin hidayətə gəlmənizi çox istər və o, sizə, xüsusəndə möminlərə qarşı çox şəfqətli, rəhmlidir və qayğıkeşdir.