Muxtəsər təfsir
وَإِذَا مَآ أُنزِلَتْ سُورَةٌ نَّظَرَ بَعْضُهُمْ إِلَىٰ بَعْضٍ هَلْ يَرَىٰكُم مِّنْ أَحَدٍ ثُمَّ ٱنصَرَفُوا۟ ۚ صَرَفَ ٱللَّهُ قُلُوبَهُم بِأَنَّهُمْ قَوْمٌ لَّا يَفْقَهُونَ ﴿١٢٧﴾
Allah Peyğəmbərə (sallallahu aleyhi və səlləm) münafiqlərin iç üzünü açıb bəyan edən bir surə nazil edildiyi zaman onlar: "Sizi kimsə görürmü?" – deyə bir-birlərinə baxır, əgər onları kimsə görməyibsə üz çevirib gedirlər. Bilin ki, onlar başa düşməyən bir qövm olduqlarına görə Allah onların qəlblərini haqq yoldan və xeyirdən məhrum edib, onları rüsvay etmişdir.