Muxtəsər təfsir
وَمَا كَانَ ٱللَّهُ لِيُعَذِّبَهُمْ وَأَنتَ فِيهِمْ ۚ وَمَا كَانَ ٱللَّهُ مُعَذِّبَهُمْ وَهُمْ يَسْتَغْفِرُونَ ﴿٣٣﴾
Ey Muhəmməd! Sən sağ ikən, onların arasında olduğun halda Allah sənin ümmətinə - istər icabət ümməti olsun, istərsə də ki, dəvət ümməti- əzab verməyəcək. Sənin onlar arsında olmağın onlar üçün bir əmin-amanlıqdır. Onlar Allahdan günahlarının bağışlanmalarını dilədikləri müddətcə Allah onlara əzab verən deyildir!