Muxtəsər təfsir
وَإِذْ قَالُوا۟ ٱللَّهُمَّ إِن كَانَ هَـٰذَا هُوَ ٱلْحَقَّ مِنْ عِندِكَ فَأَمْطِرْ عَلَيْنَا حِجَارَةً مِّنَ ٱلسَّمَآءِ أَوِ ٱئْتِنَا بِعَذَابٍ أَلِيمٍ ﴿٣٢﴾
Ey Peyğəmbər! Yadına sal ki, bir zaman müşriklər: "Ey Allah! Əgər Muhəmmədin - səllallahu aleyhi və səlləm - gətirdiyi bu din, haqq dindirsə, onda bizi məhv etmək üçün üstümüzə göydən daş yağdır yaxud bizə ağrılı-acılı bir əzab göndər" – dedilər. Onlar bunu Allaha küfürdə həddlərini aşdıqları üçün belə demişdilər.