Muxtəsər təfsir
سَأَصْرِفُ عَنْ ءَايَـٰتِىَ ٱلَّذِينَ يَتَكَبَّرُونَ فِى ٱلْأَرْضِ بِغَيْرِ ٱلْحَقِّ وَإِن يَرَوْا۟ كُلَّ ءَايَةٍ لَّا يُؤْمِنُوا۟ بِهَا وَإِن يَرَوْا۟ سَبِيلَ ٱلرُّشْدِ لَا يَتَّخِذُوهُ سَبِيلًا وَإِن يَرَوْا۟ سَبِيلَ ٱلْغَىِّ يَتَّخِذُوهُ سَبِيلًا ۚ ذَٰلِكَ بِأَنَّهُمْ كَذَّبُوا۟ بِـَٔايَـٰتِنَا وَكَانُوا۟ عَنْهَا غَـٰفِلِينَ ﴿١٤٦﴾
Haqsız olaraq haqqa və Allahın qullarına təkəbbürlük göstərən kimsələri, kainatdakı, öz nəfislərindəki ayələrimi və Kitabımda olan ayələri anlamaqdan uzaqlaşdıracağam. Onlar bütün möcüzələri görsələr də, bu möcüzələrdən üz çevirdiklərinə, Allaha və Onun elçisinə düşmənçilik etdiklərinə görə bunları inanmazlar. Onlar Allahın razılığına yönəldən haqq yolu görsələr, ora yönəlməz, bu yola rəğbət bəsləməz, Allahın qəzəbinə sürükləyən, zəlalət və azğınlıq yolunu görsələr, o yola yönələrlər. Onlara üz verən bu müsibət, onların, peyğəmbərlərin gətirdikləri vəhyin doğru olduğuna dəlalət edən Allahın əzəmətli ayələrini yalan hesab etdiklərinə və onlara məhəl qoymadıqlarına görədir.