Muxtəsər təfsir
وَكَتَبْنَا لَهُۥ فِى ٱلْأَلْوَاحِ مِن كُلِّ شَىْءٍ مَّوْعِظَةً وَتَفْصِيلًا لِّكُلِّ شَىْءٍ فَخُذْهَا بِقُوَّةٍ وَأْمُرْ قَوْمَكَ يَأْخُذُوا۟ بِأَحْسَنِهَا ۚ سَأُو۟رِيكُمْ دَارَ ٱلْفَـٰسِقِينَ ﴿١٤٥﴾
Biz Musa üçün taxta və ya başqa bir şeydən olan lövhələrdə İsrail oğullarının dünya və axirətdə ehtiyac duyduqları hər şeydən, onlardan düşünüb ibrət alan kimsələr üçün öyüd-nəsihət və təfsilata ehtiyac olan hər bir hökmlərin təfsilatını yazdıq və dedik: "Ey Musa! Bu Tövratı möhkəm və əzmlə tut, qövmün İsrail oğullarına da Tövratın əmr etdiyi: səbir və əfv etmək kimi hökmlərini kamil şəkildə yerinə yetirib, əcri böyük olan ən yaxşı hökmlərindən tutmağı əmr et! Mən sizə, Mənim əmrimə müxalif olub, itaətimdən çıxan kimsənin aqibətini və onun necə həlak və məhv olmasını göstərəcəyəm".