Muxtəsər təfsir
إِنَّمَآ أَمْوَٰلُكُمْ وَأَوْلَـٰدُكُمْ فِتْنَةٌ ۚ وَٱللَّهُ عِندَهُۥٓ أَجْرٌ عَظِيمٌ ﴿١٥﴾
Sizin mal-dövlətiniz və oğul-uşağınız yalnız bir sınaq və bir imtahandır. Bəzən onlar sizi haram yolla qazanc əldə etməyə və Allaha itaət etməkdən əl çəkməyə sövq etdirirlər. Halbuki Allaha olan itaəti övladlara olan itaətdən və mal-dövlət yığmaqla məşğul olmaqdan üstün tutan kimsələr üçün Allah dərgahında böyük mükafat vardır. Bu böyük mükafat isə Cənnətdir.