×

التغابن

Ayə 14

Muxtəsər təfsir

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓا۟ إِنَّ مِنْ أَزْوَٰجِكُمْ وَأَوْلَـٰدِكُمْ عَدُوًّا لَّكُمْ فَٱحْذَرُوهُمْ ۚ وَإِن تَعْفُوا۟ وَتَصْفَحُوا۟ وَتَغْفِرُوا۟ فَإِنَّ ٱللَّهَ غَفُورٌ رَّحِيمٌ ﴿١٤﴾

Ey Allaha iman gətirən və Onun buyuruqlarını yerinə yetirən kimsələr! Şübhəsiz ki, zövcələrinizdən və övladınızdan sizə düşmən olanlar da vardır. Belə ki, onlar sizi Allahı zikr etməkdən və Onun yolunda cihad etməkdən yayındırır, sizi həvəsdən salırlar. Onlardan həzər edin ki, sizə təsir göstərməsinlər. Əgər onların xətalarını əff etsəniz, ondan vaz keçsəniz və onları bağışlasanız, bilin ki, Allah sizin günahlarınızı bağışlayar və sizə rəhm edər. Çünki qarşılıq, edilən əməlin növündən olur.