Muxtəsər təfsir
قُلْ أَرَءَيْتَكُمْ إِنْ أَتَىٰكُمْ عَذَابُ ٱللَّهِ أَوْ أَتَتْكُمُ ٱلسَّاعَةُ أَغَيْرَ ٱللَّهِ تَدْعُونَ إِن كُنتُمْ صَـٰدِقِينَ ﴿٤٠﴾
Ey Peyğəmbər! Müşriklərə de: "Elə isə mənə deyin görüm əgər sizə Allahdan əzab gəlsə və ya vaqe olacağı sizə vəd olunmuş Qiyamət saat sizi haqlasa, sizə baş vermiş bəlanı və ya sıxıntını aradan qaldırmaq üçün Allahdan başqasınımı çağıracaqsınız?! Əgər ibadət etdiyiniz ilahların sizə fayda və ya zərər verməyə qadir olduğu iddanızda doğru danışanlarsınızsa".