Muxtəsər təfsir
وَٱلَّذِينَ كَذَّبُوا۟ بِـَٔايَـٰتِنَا صُمٌّ وَبُكْمٌ فِى ٱلظُّلُمَـٰتِ ۗ مَن يَشَإِ ٱللَّهُ يُضْلِلْهُ وَمَن يَشَأْ يَجْعَلْهُ عَلَىٰ صِرَٰطٍ مُّسْتَقِيمٍ ﴿٣٩﴾
Ayələrimizi yalan sayan kimsələr eşitməyən kar, danışmayan lal kimidirlər və onlar bununla yanaşı qaranlıqlar içində qalmış korlardır. Bu halda olan kimsə necə düz yola yönəlsin?! Allah insanlardan azdırmaq istədiyini azdırar, doğru yola yönəltmək istədiyini isə heç bir əyrilik olmayan düz yola yönəldər.