Muxtəsər təfsir
ثَمَـٰنِيَةَ أَزْوَٰجٍ ۖ مِّنَ ٱلضَّأْنِ ٱثْنَيْنِ وَمِنَ ٱلْمَعْزِ ٱثْنَيْنِ ۗ قُلْ ءَآلذَّكَرَيْنِ حَرَّمَ أَمِ ٱلْأُنثَيَيْنِ أَمَّا ٱشْتَمَلَتْ عَلَيْهِ أَرْحَامُ ٱلْأُنثَيَيْنِ ۖ نَبِّـُٔونِى بِعِلْمٍ إِن كُنتُمْ صَـٰدِقِينَ ﴿١٤٣﴾
Allah sizin üçün heyvanları səkkiz cift yaratdı: erkək və dişi olmaqla qoyundan ikisini və keçidən ikisini. Ey Peyğəmbər! Müşriklərə de: "Məğər Uca Allah iki erkəyi sadəcə olaraq erkək olduğuna görə haram etdi?" Əgər onlar: "Bəli"– desələr, onlara de: "Siz nə üçün dişi heyvanları haram edirsiniz?! Yoxsa Allah iki dişi heyvanı sadəcə olaraq dişi olduğuna görə haram etdi?!" Əgər onlar: "Bəli" – desələr, onlara de: "Siz nə üçün erkək heyvanları haram edirsiniz?! Yoxsa Allah qarnında balası olan iki dişinin qarnındakı balaları səbəbindən haram etdi?!" Əgər onlar: "Bəli" – desələr, onlara de: "Qarnında bala olan heyvanların bəzən erkəyini bəzəndə isə dişisini haram edərək bu hevyanların arasında nə üçün fərq qoruyursunuz? Ey Müşriklər! Bunların haram olmasının Allah tərəfindən olduğu iddanızda doğru danışanlarsınızsa, elə isə düzgün elmə əsaslanıb bu haqda mənə xəbər verin".