×

الأنعام

Ayə 142

Muxtəsər təfsir

وَمِنَ ٱلْأَنْعَـٰمِ حَمُولَةً وَفَرْشًا ۚ كُلُوا۟ مِمَّا رَزَقَكُمُ ٱللَّهُ وَلَا تَتَّبِعُوا۟ خُطُوَٰتِ ٱلشَّيْطَـٰنِ ۚ إِنَّهُۥ لَكُمْ عَدُوٌّ مُّبِينٌ ﴿١٤٢﴾

Böyük dəvə kimi üstündə yük daşımaqa yararlı olan və kiçik dəvə yaxud qoyun kimi üstündə yük daşımağa yararlı olmayan heyvanları da sizin üçün ya­radan Odur. Ey İnsanlar! Allahın sizə halal etdiyi bu ruzilərdən yeyin, müşriklərin etdiyi kimi, Allahın haram etdiyini halal və halal etdiyini isə haram edərək şeyta­nın addım izləri ilə get­məyin! Ey İnsanlar! Şübhəsiz ki, şeytan, sizdən Allaha asi olmanızı istəyən, ədavəti sizə açıq-aşkar olan düşməni­nizdir.