Muxtəsər təfsir
وَكَذَٰلِكَ نُصَرِّفُ ٱلْـَٔايَـٰتِ وَلِيَقُولُوا۟ دَرَسْتَ وَلِنُبَيِّنَهُۥ لِقَوْمٍ يَعْلَمُونَ ﴿١٠٥﴾
Biz Allahın qüdrətinə dəlalət edən dəlilləri növbənöv etdiyimiz kimi, Cənnət, Cəhənnəm və öyüd-nəsihət barədə olan ayələrimizi də növbənöv etmişik. Müşriklər: "Bu, vəhy deyildir, sən bunu özündən əvvəlki Kitab əhlindən dərs almısan"– deyəcəklər. Biz bu ayələri Muhəmmədin - səllallahu aleyhi və səlləm - ümmətindən olan möminlər üçün növbənöv etməklə insanlara haqqı bəyan edirik. Çünki haqqı qəbul edib, ona tabe olanlar məhz elə onlardır.