Muxtəsər təfsir
قَدْ جَآءَكُم بَصَآئِرُ مِن رَّبِّكُمْ ۖ فَمَنْ أَبْصَرَ فَلِنَفْسِهِۦ ۖ وَمَنْ عَمِىَ فَعَلَيْهَا ۚ وَمَآ أَنَا۠ عَلَيْكُم بِحَفِيظٍ ﴿١٠٤﴾
Ey İnsanlar! Artıq Rəbbinizdən sizə açıq-aydın dəlillər gəlmişdir. Kim bu dəlillərə tabe olub boyun əyərsə, xeyri onun özünə, kim də bunları görməkdən kor olub, tabeçilik göstərməyib boyun əyməsə, bunun zərəri yalnız öz əleyhinə olar. Mən sizin üstünüzdə, əməllərinizi haqq-hesab edən gözətçi deyiləm. Mən yalnız Rəbbimdən olan bir elçiyəm. Sizin üzərinizdə gözətçi isə Allahdır.