×

الحديد

Ayə 14

Muxtəsər təfsir

يُنَادُونَهُمْ أَلَمْ نَكُن مَّعَكُمْ ۖ قَالُوا۟ بَلَىٰ وَلَـٰكِنَّكُمْ فَتَنتُمْ أَنفُسَكُمْ وَتَرَبَّصْتُمْ وَٱرْتَبْتُمْ وَغَرَّتْكُمُ ٱلْأَمَانِىُّ حَتَّىٰ جَآءَ أَمْرُ ٱللَّهِ وَغَرَّكُم بِٱللَّهِ ٱلْغَرُورُ ﴿١٤﴾

Münafiqlər möminləri səsləyib de­yə­cəklər: “Məgər biz sizinlə birlikdə İslamı yaşayıb itaət etmirdikmi?” Möminlər onlara deyəcəklər: “Bəli siz bizim yanımızda idiniz, la­kin münafiqlik etməklə özünüz özünü­zü aldatdınz və özünüzü həlak etdiniz. Siz, mö­minlərə bəla üz vermə­sini gözləyirdiniz ki, küfrünüzü üzə çıxardasınız. Siz, Allahın möminlərə qələbə bəxş edəcəyinə və ölümdən sonra dirilməyə şübhə edir­diniz. Ölüm sizə gələ­nə­dək xülyalar sizi yoldan çı­xart­dı və siz dəyişmədiniz. Şeytan Allah barəsində sizi yaman aldatdı.