×

الحديد

Ayə 13

Muxtəsər təfsir

يَوْمَ يَقُولُ ٱلْمُنَـٰفِقُونَ وَٱلْمُنَـٰفِقَـٰتُ لِلَّذِينَ ءَامَنُوا۟ ٱنظُرُونَا نَقْتَبِسْ مِن نُّورِكُمْ قِيلَ ٱرْجِعُوا۟ وَرَآءَكُمْ فَٱلْتَمِسُوا۟ نُورًا فَضُرِبَ بَيْنَهُم بِسُورٍ لَّهُۥ بَابٌۢ بَاطِنُهُۥ فِيهِ ٱلرَّحْمَةُ وَظَـٰهِرُهُۥ مِن قِبَلِهِ ٱلْعَذَابُ ﴿١٣﴾

O gün münafiq kişilər və müna­fiq qadınlar iman gə­tirən­lə­rə deyəcəklər: “Bir az gözləyin, biz də sizin nurunuzdan alaq ki, körpünün üstündən keçməkdə bizə kömək olsun”. Bu zaman münafiqlərə istehza edilərək deyiləcək­: “Geriyə qayıdıb nur axtarın ki, sizin yolunuzu işıqlandırsın!” Onların arasına bir sədd çə­ki­lə­cək və bu səddin bir qapısı olacaq. O qapının içəri tərə­fində - möminlərə doğru yönələn üzündə mərhəmət, çöl tərəfində - münafiqlərə doğru yönələn üzündə əzab olacaqdır.