Muxtəsər təfsir
قَالَ رَجُلَانِ مِنَ ٱلَّذِينَ يَخَافُونَ أَنْعَمَ ٱللَّهُ عَلَيْهِمَا ٱدْخُلُوا۟ عَلَيْهِمُ ٱلْبَابَ فَإِذَا دَخَلْتُمُوهُ فَإِنَّكُمْ غَـٰلِبُونَ ۚ وَعَلَى ٱللَّهِ فَتَوَكَّلُوٓا۟ إِن كُنتُم مُّؤْمِنِينَ ﴿٢٣﴾
Allahdan və Onun əzabından qorxanlar arasından Allahın onları itaətinə müvəffəq etməklə nemət bəxş etdiyi Musanın əshabından iki kişi, qövmünü Musanın - aleyhissəlam - əmrinə tabeçilik göstərməyə həvəsləndirərək dedi: "Qüvvətli adamların üzərinə şəhərin qapısından daxil olun. Əgər siz qapıdan keçib ora daxil olsanız, Allahın izni ilə və Allah qələbəni Allaha imana və maddi vasitələrdən istifadə edərək səbəblərə bağladığı sünnəsinə inanaraq onlara mütləq qalib gələrsiniz. Əgər siz həqiqi möminsinizsə, tək Allaha etimad və təvəkkül edin!".