Muxtəsər təfsir
قَالُوا۟ يَـٰمُوسَىٰٓ إِنَّ فِيهَا قَوْمًا جَبَّارِينَ وَإِنَّا لَن نَّدْخُلَهَا حَتَّىٰ يَخْرُجُوا۟ مِنْهَا فَإِن يَخْرُجُوا۟ مِنْهَا فَإِنَّا دَٰخِلُونَ ﴿٢٢﴾
Qövmü ona dedi: "Ey Musa! Müqəddəs torpaqda çox qüvvətli və qüdrətli adamlar vardır və bu, bizim ora daxil olmağımıza mane olur. Onlar orada olduğu müddətcə biz əsla oraya daxil olmayacağıq. Çünki bizim onlarla döyüşməyə gücümüz və taqətimiz yoxdur. Əgər onlar oradan çıxsalar, biz oraya daxil olarıq".