×

المائدة

Ayə 14

Muxtəsər təfsir

وَمِنَ ٱلَّذِينَ قَالُوٓا۟ إِنَّا نَصَـٰرَىٰٓ أَخَذْنَا مِيثَـٰقَهُمْ فَنَسُوا۟ حَظًّا مِّمَّا ذُكِّرُوا۟ بِهِۦ فَأَغْرَيْنَا بَيْنَهُمُ ٱلْعَدَاوَةَ وَٱلْبَغْضَآءَ إِلَىٰ يَوْمِ ٱلْقِيَـٰمَةِ ۚ وَسَوْفَ يُنَبِّئُهُمُ ٱللَّهُ بِمَا كَانُوا۟ يَصْنَعُونَ ﴿١٤﴾

Biz yəhudilərdən möhkəm bir əhd aldığımız kimi, özlərinin İsanın - aleyhissəlam - davamçıları olduqlarını idda edərək təmizə çıxaranlardan da əhd a­ldıq. Onlar əcdadları yəhudilərin etdiyi kimi, özlərinə öyrə­dilmiş şeylərin bəzilərinə əməl etmədilər. Buna görə də onların arasına Qiya­mət günü­nə qə­dər ədavət və nifrət saldıq və elə bu səbəbdən də bir-birilərini kafir hesab edir və bir-birilərini öldürürlər. Allah qiyamət günü on­lara nə et­dik­ləri barədə xəbər verəcək­dir və onlara etdikləri əməllərin əvəzini də verəcəkdir.