Muxtəsər təfsir
فَبِمَا نَقْضِهِم مِّيثَـٰقَهُمْ لَعَنَّـٰهُمْ وَجَعَلْنَا قُلُوبَهُمْ قَـٰسِيَةً ۖ يُحَرِّفُونَ ٱلْكَلِمَ عَن مَّوَاضِعِهِۦ ۙ وَنَسُوا۟ حَظًّا مِّمَّا ذُكِّرُوا۟ بِهِۦ ۚ وَلَا تَزَالُ تَطَّلِعُ عَلَىٰ خَآئِنَةٍ مِّنْهُمْ إِلَّا قَلِيلًا مِّنْهُمْ ۖ فَٱعْفُ عَنْهُمْ وَٱصْفَحْ ۚ إِنَّ ٱللَّهَ يُحِبُّ ٱلْمُحْسِنِينَ ﴿١٣﴾
İsrail oğullarından aldığımız əhdi pozduqları səbəbindən, Biz onları Öz rəhmətimizdən qovduq və qəlblərini ora heç bir xeyirin və öyüd-nəsihətin fayda verməyəcəyi dərəcədə sərtləşdirdik. Onlar sözlərin yerlərini dəyişməklə və ayələrin mənalarını öz havalarına uyğun yozaraqla kəlmələri təhrif edirlər və özlərinə öyrədilmiş şeylərin bəzilərinə əməl etmədilər. Ey Peyğəmbər! Onlardan aldığımız əhdə sadiq olan az bir qismi istisna olmaqla, sən onlardan daim Allaha və Allahın mömin qullarına xəyanət görəcəksən. Onları əfv et, onlara əzab vermə və təqsirlərindən keç. Çünki bu özüdə bir yaxşılıqdır, şübhəsiz ki, Allah yaxşılıq edənləri sevir!