×

الفتح

Ayə 11

Muxtəsər təfsir

سَيَقُولُ لَكَ ٱلْمُخَلَّفُونَ مِنَ ٱلْأَعْرَابِ شَغَلَتْنَآ أَمْوَٰلُنَا وَأَهْلُونَا فَٱسْتَغْفِرْ لَنَا ۚ يَقُولُونَ بِأَلْسِنَتِهِم مَّا لَيْسَ فِى قُلُوبِهِمْ ۚ قُلْ فَمَن يَمْلِكُ لَكُم مِّنَ ٱللَّهِ شَيْـًٔا إِنْ أَرَادَ بِكُمْ ضَرًّا أَوْ أَرَادَ بِكُمْ نَفْعًۢا ۚ بَلْ كَانَ ٱللَّهُ بِمَا تَعْمَلُونَ خَبِيرًۢا ﴿١١﴾

Ey Peyğəmbər! Sən, Allahın, özlərinə səninlə bərabər Məkkəyə getməyi nəsib etmədiyi bədəviləri qınayarkən onlar sə­nə deyəcəklər: “Var-dövlətimizə nəzarət etmək və ailələ­rimizə baxmaq bi­zi səninlə birlikdə (döyüşə) get­məkdən ya­yın­dırdı. Allahdan bizim günahlarımız üçün ba­ğışlanma di­lə!” Onlar qəlblərində olmayanı - Peyğəmbərin (səllallahu aleyhi və səlləm) onlar üçün bağışlanma diləməsini dil­ləri ilə deyir­lər. Çünki onlar öz günahlarına görə tövbə etməmişlər. Onlara de: "Əgər Allah sizə bir xeyir vermək və ya bir zərər yetir­mək is­təsə, heç kəs Onun edəcəyi işin qarşısını ala bi­lməz." Xeyr, Allah sizin nə etdiyinizdən xə­bər­dardır, əməllərinizi nə qədər gizlətsənizdə, onlardan heç bir şey Allaha gizli qalmaz.