Muxtəsər təfsir
إِنَّ ٱلَّذِينَ يُبَايِعُونَكَ إِنَّمَا يُبَايِعُونَ ٱللَّهَ يَدُ ٱللَّهِ فَوْقَ أَيْدِيهِمْ ۚ فَمَن نَّكَثَ فَإِنَّمَا يَنكُثُ عَلَىٰ نَفْسِهِۦ ۖ وَمَنْ أَوْفَىٰ بِمَا عَـٰهَدَ عَلَيْهُ ٱللَّهَ فَسَيُؤْتِيهِ أَجْرًا عَظِيمًا ﴿١٠﴾
Ey Peyğəmbər! Ridvan beyətində, Məkkə müşrikləri ilə vuruşmağa dair sənə söz verən kimsələr, əslində, Allaha beyət etmiş sayılırlar. Çünki onlara müşriklərlə döyüşməyi əmr edən də, onlara əməllərinin əvəzini verən də Odur. Beyət əsnasında Allahın əli onların əllərinin üzərindədir. Allah onların əməllərini görür, heç bir şey Ona gizli qalmaz. Kim öz beyətini pozsa, Allahın dininə kömək edəcəyinə dair Allaha verdiyi sözü yerinə yetirməsə, beyətini pozmağının və əhdini yerinə yetirməməyinin zərəri öz əleyhinə olar. Bu (xəyanət) Allaha heç bir zərər yetirməz. Kim də Allahın dininə kömək etmək barədə Allahla bağladığı əhdi yerinə yetirərsə, Allah ona böyük mükafat - Cənnət bəxş edər.