Muxtəsər təfsir
مَّنْ عَمِلَ صَـٰلِحًا فَلِنَفْسِهِۦ ۖ وَمَنْ أَسَآءَ فَعَلَيْهَا ۗ وَمَا رَبُّكَ بِظَلَّـٰمٍ لِّلْعَبِيدِ ﴿٤٦﴾
Kim yaxşı iş görsə, gördüyü işin xeyri özünə qayıdar, çünki bir kimsənin etdiyi yaxşı əməlin Allaha heç bir faydası yoxdur. Kim də pislik etsə, zərəri onun öz əleyhinə olar, çünki yaradılanlardan bir kimsənin etdiyi pis əməlin Allaha heç bir zərəri yoxdur. Uca Allah hər bir kəsə etdiyi əməlinin əvəzini verəcəkdir. Ey Peyğəmbər, Rəbbin Öz qullarına züml edən deyildir. Allah onların nə savabından azaldar, nə də günahları üzərinə günah artırar.