Muxtəsər təfsir
وَلَقَدْ ءَاتَيْنَا مُوسَى ٱلْكِتَـٰبَ فَٱخْتُلِفَ فِيهِ ۗ وَلَوْلَا كَلِمَةٌ سَبَقَتْ مِن رَّبِّكَ لَقُضِىَ بَيْنَهُمْ ۚ وَإِنَّهُمْ لَفِى شَكٍّ مِّنْهُ مُرِيبٍ ﴿٤٥﴾
Biz Musaya Tövratı verdik, lakin onun barəsində də ixtilaf düşdü. Onlardan bəzisi ona iman gətirdi, bəzisi də onu inkar etdi. Əgər sənin Rəbbinin, qiyamət günü insanların ixtilafa düşdükləri məsələlər barədə onlar arasında hökm verəcəyi vədi olmasaydı, Tövrat barəsində ixtilaf edənlərin arasında hökm verər, kimin haqq, kimin də batil olduğunu göstərər, haqlı kimsəni ucaldar, batil fikirli olanı isə alçaldardı. Həqiqətən, kafirlər Quran barəsində anlaşılmaz bir şəkk-şübhə içindədirlər.