Muxtəsər təfsir
هَـٰٓأَنتُمْ هَـٰٓؤُلَآءِ جَـٰدَلْتُمْ عَنْهُمْ فِى ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا فَمَن يُجَـٰدِلُ ٱللَّهَ عَنْهُمْ يَوْمَ ٱلْقِيَـٰمَةِ أَم مَّن يَكُونُ عَلَيْهِمْ وَكِيلًا ﴿١٠٩﴾
Bax, - ey günahkarların qayğısını çəkən kimsələr! - siz o kəslərsiniz ki, dünya həyatında onlara bəraət qazandırmaq üçün onlardan ötrü mübahisə edib, onların cəzalandırılmasının qarşısını almaq istəyirsiniz. Bəs Allah həqiqəti bildiyi bir halda, Qiyamət günü onlardan ötrü Allahla kim mübahisə edəcək, o gün onlara kim vəkil duracaq?! Şübhə yoxdur ki, bunu heç kəs bacarmayacaqdır.