Muxtəsər təfsir
يَسْتَخْفُونَ مِنَ ٱلنَّاسِ وَلَا يَسْتَخْفُونَ مِنَ ٱللَّهِ وَهُوَ مَعَهُمْ إِذْ يُبَيِّتُونَ مَا لَا يَرْضَىٰ مِنَ ٱلْقَوْلِ ۚ وَكَانَ ٱللَّهُ بِمَا يَعْمَلُونَ مُحِيطًا ﴿١٠٨﴾
Onlar günah işlətdikdə insanlardan qorxub utanaraq onu gizlədir, Allahdan isə gizlətmirlər. Halbuki, Allah onları əhatə etməklə onların yanındadır. Günahkarı müdafiə edib, günahsızı ittiham etmək kimi, Allahın razı qalmadığı sözləri xəlvətdə söyləyib, tədbir görməkləri, Allahdan gizli qalmaz. Allah onların gizlində və aşkarda nə etdiklərini əhatə edir, Ona heç bir şey gizli qalmır və Allah onlara etdikləri əməllərin əvəzini verəcəkdir.