Muxtəsər təfsir
قُلْ أَفَغَيْرَ ٱللَّهِ تَأْمُرُوٓنِّىٓ أَعْبُدُ أَيُّهَا ٱلْجَـٰهِلُونَ ﴿٦٤﴾
Ey Peyğəmbər, səni öz bütlərinə ibadət etməyə təşviq edən o müşriklərə de: “Ey Rəbbinə qarşı cahillik edən kəslər, mənə Allahdan qeyrisinəmi ibadət etməyi əmr edirsiniz?!” Halbuki, yalnız Allahın ibadət olunmağa haqqı var və mən Ondan başqasına ibadət edən deyiləm.